Avropa İttifaqı Ukraynada mümkün seçki prosesini dəstəkləməyə hazırdır, lakin seçkilərin nə vaxt keçiriləcəyinə qərar vermək ölkənin öz səlahiyyətindədir.
Gununsesi.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat katibi Anitta Hipper brifinqdə bildirib.
“Seçkilərin nə vaxt keçiriləcəyinə Ukrayna öz hüquqi çərçivəsinə uyğun olaraq qərar verir. Avropa İttifaqı bütün seçki prosesi boyunca, o cümlədən müvafiq demokratik standart və tələblərə əməl olunmasında Ukraynanı dəstəkləməyə hazırdır”, – Hipper deyib. O, bununla Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorovun avqustun 18-də yaydığı videomüraciətə münasibət bildirib. Fyodorov davam edən hərbi əməliyyatlar fonunda ölkədə seçkilərin keçirilməsinə çağırış etmişdi.
Hipper əlavə edib ki, bu məsələyə münasibət bildirmək Aİ-nin işi deyil və qərarı Ukrayna öz konstitusion çərçivəsi daxilində verməlidir.












