Əsir düşən qızla bağlı araşdırma aparılır

  • By admin
  • 08 İyun 2016 10:37

Tovuzzz

 

“İyunun 7-də Azərbaycan vətəndaşının Ermənistan Respublikasına keçməsi və orada saxlanması barədə bu ölkənin kütləvi informasiya vasitələrində yayılmış məlumat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən hazırda araşdırılır”. Gununsesi.info-nun məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatlara münasibət bildirərkən belə deyib. Komissiyanın verdiyi məlumata görə, bu ölkənin kütləvi informasiya vasitələrində yayılmış məlumat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib. Xəbərə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyi Zöhrə Vardzar qızı Vəliyevanın erməni tərəfinə keçməsi barədə artıq məlumatlandırılıb. Xatırladaq ki, Tovuz rayon polisindən, eləcə də icra orqanlarından isə bildirilib ki, Yanıqlı kəndində Zöhrə Vardzar qızı Vəliyeva adlı şəxs yaşamayıb.

Gülnaz