Azərbaycanda deputat mandatından imtina etdi

  • By admin
  • 08 İyun 2016 10:19

Majlis

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər təyin edilib. Gununsesi.info xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

 

Nakhchivann Sərəncama əsasən 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilib.

 

Qeyd edək ki, 1 noyabr 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilmiş İlhamə Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib.

Gununsesi.info