İspaniya millisi “Avro-2016″nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirib.
Visente del Boskenin komandası Gürcüstan millisi ilə qüvvəsini sınayıb.
Oyunda gözlənilməz nəticə qeydə alınıb. Son Avropa çempionu Gürcüstana uduzub – 0:1. Qarşılaşmada yaganə qolu 40-cı dəqiqədə Tornike Okriashvili vurub.
Qeyd edək ki, ispanlar “Avro-2016”da ilk oyununu iyunun 13-də Çexiyaya qarşı keçirəcək. //Qol.az