Ermənilər atəşkəsi pozublar

  • By admin
  • 08 İyun 2016 10:48

Ateshkess

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini, ümumilikdə, 15 dəfə pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən gununsesi.info-ya verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qaymaqlı kəndində, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub. Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.

Gülnaz Qənbərli