Əsir və girovluqdan azad edilmiş 351 nəfər hərbçi, 1086 nəfər mülki şəxsdir - DÖVLƏT KOMİSSİYASI

  • By admin
  • 17 Fevral 2017 13:26

itkin komissiyasi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 nəfər itkin, 1437 nəfər əsir və girovluqdan azad olmuş şəxs kimi qeydiyyata alınıb.

Gununsesi.info-nun xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Nailə Dadaşova deyib.

O bildirib ki, itkin düşmüş şəxslərin 3123-ü hərbçi, 745-i mülki şəxsdir. Onların 62-si uşaq, 262-i qadın, 302 nəfəri qocalardır.

N. Dadaşova qeyd edib ki, əsir və girovluqdan azad edilmiş 1437 nəfərin 351 nəfəri hərbçi, 1086 nəfəri mülki şəxsdir: “Əsir və girovluqdan azad olunaraq geri qaytarılanların 50 nəfəri, itkin düşənlərin 26 nəfəri Qaradağlıdandır”.

Gununsesi.info