Siyasi məhbus ailələrinin əfv gözləntisi -ƏKSƏRİYYƏT ÜMİDLİDİR

  • By admin
  • 17 Fevral 2017 13:23

 

ilham-serencam_1

Fevralın 16-da Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Gununsesi.info bildirir ki, Komissiya üzvlərinin mətbuata verdilkəri açıqlamaya görə, baxıması üçün məhbuslardan 800 müraciət daxil olub. Bu müraciətlərdən isə təqribən 150-nə baxılaraq artıq müsbət rəy verilib. Növbəti iclasda isə digər müraciətlərə də baxılacağı gözlənilir. Lakin müsbət rəy verilən müraciətlər arasında siyasi və vicdan məhbuslarının adlarının olub-olmamsı haqda isə məlumat verilmir.

Azərbaycan Prezidentinin Avropa Birliyinə səfərindən sonra Əfv Komissiyasının toplanması siyasi məhbusların azadlığa çıxacağına dair ümidləri yenidən yaradıb. Bəs görəsən, siyasi məhbus ailələri nə düşünür?

Bu suala aydınlıq gətirmək üçün Gununsesi.info-nun əməkdaşı onların bəziləriylə əlaqə saxlayıb.

seymur-nigar

Jurnalist Seymur Həzinin həyat yoldaşı Nigar Həzi həyat yoldaşının əfv xahişiylə müraciət etmədiyini deyib: “Hər bir siyasi məhbus ailəsi kimi biz də Seymurun azadlığa çıxmasını gözləyirik. Lakin bununla bağlı heç bir müraciətdən söz belə gedə bilməz. Hətta təklif olunsa belə. Bir də ki, biz adətən, özümümzü əfv günlərinə kökləmirik. Nə vaxt buraxacaqlarsa, onda da azadlığa çıxacaq. Bizdə belədir. Əflə bağlı hətta Seymurun anası belə müraciət edə bilməz”.

ilkin

Digər siyasi məhbus İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə isə oğlunun mart ayında gözlənilən əfvlə azadlığa çıxacağına ümid edir: “İlkinin əfv olunmasıyla bağlı 2014-cü ildə NİDA-çılar hamısı birlikdə müraciət etmişdi. Lakin 7 nəfəri azad etdilər, İlkini isə saxladılar. Təkrar müraciət etməmişik”.

zulfiye

Hazırda ağır xəstəlikdən əziyyət çəkən Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva isə hesab edir ki, siyasi məhbuslar verilmiş cəzanı günəgün çəkməməlidirlər: “Hazırda Elvinin səhhətində ciddi problemlər olduğundan təcili cərrahi müdaxiləyə ehtiyacı var. Əfvlə bağlı müraciət etməmişik. Yalnız səhhətindəki problemlərlə bağlı müraciət etmişik ki, vəziyyətini nəzərə alsınlar. O azadlığa çıxan kimi təcili əməliyyat olunmalıdır”-, deyə o bildirib. Qeyd edək ki, siyasi və vicdan məhbuslarının siyahısını tərtib edən hüquq müdafiəçilərinin sözlərinə görə, hazırda Azərbaycanda 94 siyasi məhbus var. Xatırladaq ki, hər il əfv sərəncamı ilə siyasi və vicdan məhbuslarının bir qismin azad edilirlər.

EBDUL

Blogger Əbdül Əbilovun anası  Nurcahan Əbilova da saytımıza açıqlamasında oğlununa zadlığa çıxacağını gözlədiyini deyib. O, bildirib ki, ailənin yeganə təminatçısı olan Əbdülün həbsindən sonra ciddi çətinliklərlə üzləşiblər: “Mən ümid edirəm ki, bu əfdvə oğlum azad ediləcək”.

seid

10 il əvvəl MTN-nin saxta əməliyyatı nəticəsində həbs edilən Səid Dadaşbəylinin həyat yoldaşı İlhamə Dadaşbəyli həyat yoldaşının azadlğının vaxtının çoxdan çatdığını deyib: “Onu və digərlərini Eldar Mahmudov şərlətmişdi. Səid həbs olunanda uşaqlarımız körpə idi. İndi böyüyüblər. Səid onların uşaqlığını görmədi. 10 il az müddət deyil. MTN dağılanda və Eldar Mahmudovun cinayətlərinin üstü açılanda düşünürdük ki, Səidi azad edəcəklər. Ancaq bu baş vermədi. Yenə də ölkə başçısının əlindədir. Biz hər zaman ümidliyik. İnanmaq istərdik ki, Azərbaycan prezidenti günahsız həbsdə olan insanları azad edəcək”.

Gülnaz Qənbərli

Gununsesi.info