“Milli Məclisin ən azından 7 dəfə Xocalı hadisəsini soyqrımı kimi tanıması barədə qərarı var” - SƏFA MİRZƏYEV

  • By admin
  • 17 Fevral 2017 13:17
sefa
Milli Məclis 25 il bundan öncə Xocalıda baş verən hadisələri təqksə siyasi baxımdan yox, eyni zamanda, hüquqi baxımdan soyqırımı kimi tanıyır.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Aparat rəhbəri Səfa Mirzəyev media rəhbərləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, Xocalı  soyqırımının baş verdiyi ötən 25 ilin  24 ilində bu soyqırımı hadisəsi MM-də müzakirə olunub.
“Demək olar ki, hər bir müzakirənin yekunu olaraq qəbul edilən qərarların əksəriyyətində Xocalı faciəsi  hüquqi cəhətdən soyqırımı kimi tanınıb. Bunun üçün Milli Məclisin qəbul etdiyi qərarlara baxmaq yetərlidir”- deyə, S. Mirzəyev  vurğulayıb.
S. Mirzəyev onu da əlavə edib ki, MM-dəki müzakirələrdə Xocalı soyqırımına həm siyasi, həm də hüquqi qiymət verilib:
“Milli Məclisin ən azından  7 dəfə Xocalı hadisəsini soyqrımı kimi tanıması barədə qərarı var”.
 Mürtəza 
Gununsesi.info