Qətər bu ölkələrə qarşı hərəkətə keçdi – Şok qərar

  • Müəllif: admin
  • 27 May 2018 12:05

Qətər hökuməti bütün ticarət mərkəzlərindəki işçilərə ölkəni boykot edən dövlətlərin məhsulların piştaxtalardan yığışdırılması barədə çağırış edib.

Gununsesi.info xəbər verir ki, sözügedən çağırışla Qətərin İqtisadiyyat və Ticarət Nazirliyi çıxış edib.

Nazirliyin məlumatına görə, qərarın icrasının yoxlanmasını təmin etmək məqsədilə ölkənin bütün istiqamətlərində xüsusi müffəttişlər vəzifə başında olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn kimi ölkələr Qətərə qarşı blokada tətbiq edib.