
“Xural” qəzetinin baş redaktoru və “Qaynar Qazan” verilişinin aparıcısı Əvəz Zeynallı Baş Prokurorluğa dəvət olunub.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda Əvəz Zeynallı sosial şəbəkədəki səhifəsində məlumat verib:
“Baş Prokurorluqdan Eldar Sultanov zəng edib məni saat 17.30-da Baş Prokurorluğa dəvət etdi. Mehman Əliyevlə “Qaynar Qazan”da götürdüyüm müsahibənin yayınlanan birinci hissəsinə görə. Görək indi nə istəyirlər…”
Gülnaz Qənbərli
Gununsesi.info












