Əyləncə mərkəzində şagird sinif yoldaşını tir tüfəngi ilə vurdu - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 14 İyun 2016 14:40

 

tufenk 6

 

Bakıda şagird öz sinif yoldaşını güllə ilə vurub. Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu  Bəhruz Nuriyev küçəsi 2 ünvanında yerləşən “Akvarium” əyləncə mərkəzində baş verib. Sözügedən ünvanda  əylənən paytaxt sakini, 13 yaşlı Hüseyn Mübariz oğlu Baxşəliyevin əlində olan tir tüfəngindən açılan atəş nəticəsində 13 yaşlı Aysel Nicat qızı Allahverdiyeva boğaz nahiyəsindən xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.

Əraziyə baxış keçirən polis əməkdaşlarının   ehtimallarına  görə hadisə ehtiyyatsızlıq səbəbindən baş verib. Apardığımız araşdırma zamanı məlum oldu ki, hadisənin iştirakçısı olan Hüseyn  Baxşəliyev və Aysel Allahverdiyeva 76 saylı orta məktəbin şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.

 

tufenk 3

 

tufenk 4

 

tufenk 5

 

tufenk 7

 

tufenk 8

 

tufenk