1 nəfər Kür çayında batıb

  • Müəllif: admin
  • 05 Yanvar 2018 11:18

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfərin Kür çayında batdığı ehtimal olunur.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək. ​

Gununsesi.info