10 həkim imtahandan keçə bilmədi

  • Müəllif: admin
  • 22 Oktyabr 2016 11:33

sehiyye nazirliyi

Səhiyyə Nazirliyinin 18, 19, 20 oktyabr tarixində keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb. 

Gununsesi.info-nun xəbərinə görə, imtahanda ümumilikdə 130 həkim iştirak edib.

Onlardan 10-u imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

Gununsesi.info