10 ildə cəmi 2 dəfə istirahət edən milyarder - ELON MASK

  • By admin
  • 06 Fevral 2018 22:55

“Tesla”nın təsisçisi Elon Mask 2015-ci ildə bildirmişdi ki, o, “SpaceX”ı təsis edəndən sonra 10 il ərzində cəmi iki dəfə məzuniyyətə çıxıb. Siz onun hər dəfə məzuniyyətə çıxarkən başına gələnləri bilsəniz, onu təqsirləndirməyəcəksiniz.

Mask birinci dəfə məzuniyyətdə olarkən, CEO-su olduğu “PayPal” şirkətinin idarə heyəti onu Peter Thiel-lə əvəz etdi.

İkinci məzuniyyətini Brazilyada keçirərkən, malyariyaya yoluxdu və ölümlə üz-üzə qalmışdı.

“SpaceX”ı təsis etdikdən sonra ilk dəfə həftəsonu işə getmədiyi gündə şirkətinin raketlərindən biri partlamışdı.

Mask həmin vaxt verdiyi müsahibəsində, “Birinci dəfə bir həftəsonu işə getmədim, mənim və Riçard Bransonun raketi partladı. Növbəti həftəsonu da işə getmədim və bir raketim yenə partladı. Buradan öyrəndiyim dərs isə, heç bir zaman həftəsonunu evdə keçirtmə”.

Lakin 2017-də Mask sevgilisi Amber Heard və uşaqları ilə birlikdə ən azı iki dəfə səyahətə çıxıb.

Əlbəttə ki, Maskın biznes səyahətlərini də nəzərə alsaq, hazırda il ərzində iki dəfədən çox məzuniyyətə çıxır. Türkiyə, Çin və başqa ölkələrə olan biznes səyahətlərini sosial mediada paylaşır.

Qeyd edək ki, orta statistik Amerikalı il ərzində cəmi 8 gün məzuniyyətə çıxır.

Gununsesi.info