
Gununsesi.info xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək.
Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil ediblər. Nəticədə də həmin küçələrdə yol hərəkətinə mane olan yerlərdə parklanmanın qadağan edilməsi barədə qərar qəbul edilib. Bununla bağlı layihə də hazırlanıb.
Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə, nəqliyyat vasitələrinin nisbətən az olduğu nəzərə alınaraq işlər qarşıdakı yay aylarında həyata keçiriləcək.
Bununla yanaşı, paytaxtda 74 yol kəsişməsində nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihə də icra ediləcək. Bu çərçivədə müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək.












