11 nazirin vəzifəsi dəyişdirildi

  • By admin
  • 06 Sentyabr 2017 19:30

yusuf_shahed_060917

Tunisin baş naziri Yusif Şahed ölkənin Nazirlər Kabinetində nazirlərin tutduqları vəzifələri dəyişib. Gununsesi.info xəbər verir ki, bu barədə baş nazirin KİV-ə bəyanatında bildirilib.

Yerdəyişmələr 11 nazirə şamil olunub və ölkənin güc nazirliklərindən də yan keçməyib. Son qərara görə, Abdel Kərim əz-Zubeydi yeni müdafiə və Lütfi İbrahim isə yeni daxili işlər naziri olub.

Qeyd edək ki, Nazirlər Kabinetindəki yerdəyişmələr ölkə başçısı Beci Kaid əs-Sebsi ilə razılaşmadan sonra həyata keçirilib.

Gununsesi.info