
Fransanın Ruan şəhərində barda yanğın baş verib.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə TASS agentliyi xəbər yayıb. Xəbərə görə, insident nəticəsində 13 nəfər yanaraq ölüb, 6 nəfər xəsarət alıb.
Hadisənin “Le Cuba Librе” barında, yerli vaxtla gecəyarısı qeydə alındığı bildirilir. İlkin versiyaya görə, yanğın naməlum səbəbdən baş verən partlayışdan sonra başlayıb. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Gununsesi.info











