Saç sancağının içində gizlin keçirmək istədi - 294,7 qram qızılı

  • By admin
  • 06 Avqust 2016 10:25

sac

 

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Gununsesi.info Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama nəticəsində, həmin vətəndaşın başındakı parçadan hazırlanmış saç sancağının içindən – 44 ədəd üzük, 9 ədəd boyunbağı, 13 ədəd sırğa cütü, 5 ədəd sırğa tayı, 3 ədəd kulon və 2 ədəd əzik məmulat olmaqla, ümumi çəkisi 294,7 qram olan qızıl məmulatı aşkar edilib.

Gununsesi.info