Ağır yol qəzası baş verdi - "Chevrolet” aşdı, 50 yaşlı qadın dünyasını dəyişdi

  • By admin
  • 06 Avqust 2016 10:19
65414
Yevlaxda ağır yol qəzası baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax rayonu, Salahlı kəndində “Chevrolet” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Aran Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin 1966-cı il təvəllüdlü Quliyeva Sevda Yunis qızının cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:20-də başa çatıb.
Gununsesi.info