13000 polis işdən çıxarıldı - Aralarında vəzifəlilər də var

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 09:56

polis

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində Fətullahçı hərəkatı Paralel Dövlət Yapılanmasına (FETÖ/PYD) mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.

Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 12 min 801 polisi vəzifələrindən uzaqlaşdırılıb. Hadisələr əsasən Ankara və İstanbulda cərəyan edib. Ankara və İstanbulun bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.

Məlumata görə, xidmətdən uzaqlaşdırılanların təxminən 2,5 min nəfəri rəis vəzifəsində olub.

Hazırda saxlanılan və həbs olunan şəxslər barədə məlumat verilmir.

Anar
Gununsesi.info