134 milyon avroluq cekpotun sahibi mükafatı götürmür

  • By admin
  • 09 Yanvar 2018 20:20
“EuroMillions” lotereyasının İsveçrədəki təşkilatçıları ölkə tarixinin ən iri məbləğli cekpotunu qazanmış qalibin yolunu üç həftədir ki, gözləyir.
Bu barədə “Neue Zürcher Zeitung” qəzeti məlumat yayıb.
Məlumata görə, Yeni il ərəfəsində oynanılan tirajın qalibi dekabrın 19-da elan olunub. Əsas mükafatın məbləği nə az, nə çox – 157 milyon frank (təxminən 134 milyon avro) təşkil edib. Buna qədər 115 milyon franklıq rekord cekpot 2013-cü ildə Valle Kanton sakini tərəfindən qazanılıb.
Lotereya nümayəndəsi qəzetə verdiyi açıqlamada, mükafatın dalınca hələlik heç kimin gəlmədiyini bildirib. Onun sözlərinə görə, qaliblər, bir qayda olaraq, nəticələr elan olunduqdan sonra bir həftə ərzində pulları gəlib-götürür.
“Qalib hələlik üzə çıxmasa da, onun mükafatı qəbul etmək üçün  iyul ayının sonuna kimi vaxtı var”, – deyə qəzetdə dərc olunan məqalədə qeyd olunur.
Gununsesi.info