Çinin ən varlı qadını sərvətini bir az da artırdı - 25,6 MİLYARD DOLLAR

  • By admin
  • 09 Yanvar 2018 20:32

Çinin ən böyük 3 daşınmaz əmlak investisiyası arasında yer alan “Country Garden Holdings”in İdarə Heyətinin sədr müavini 36 yaşlı Yanq Huiyan şirkətin hissələrini artırmaqla sərvətini 2,1 milyard dollar artıraraq 25,6 milyarda yüksəldib.

Gununsesi.info xəbər verir ki, nəticədə Yanq ölkənin ən varlı 5 adamından birinə çevrilib.

Çinin ən varlı adlı qadını və ən cavan milyarderi olan Huiyan 2005-ci ildə şirkətin atasından miras qalan hissələrinə sahib olmuşdu.

Günü-gündən inkişaf edən şirkət 1992-ci ildə qurulub və təkcə 2017-ci il üzrə satış göstəriciləri 85 milyard dollar təşkil edir.

Gununsesi.info