Ana planşeti itirən övladını vəhşicəsinə döydü - OLAY YARADAN VİDEO

  • By admin
  • 09 Yanvar 2018 20:50

Övladına qarşı şiddət göstərən ana sərt tənqid edilib.

Gununsesi.info xəbər verir ki, Argentinanın paytaxdı Buenos Airesdə yaşanan qorxunc olay lentə alınıb.

Belə ki, 33 yaşlı ana planşetini itirən övladını vəhşicəsinə döyüb. Hətta mobil cihazın başqasının əlinə keçəcəyi təqdirdə onu öldürücəyi ilə təhdid edib. Hadisə uşağın qohumu tərəfindən videoya çəkilib.

Video yayıldıqdan sonra polis məsələyə qarışıb. Uşaq anasının əlindən alınaraq qohumunun himayəsinə verilib.

Gununsesi.info