Mixeil Saakaşvili Kiyevdə mitinqləri bərpa etmək fikrindədir

  • By admin
  • 09 Yanvar 2018 20:57


Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili yanvarın 21-dən Ukraynanın paytaxtı Kiyevin mərkəzində tərəfdarları ilə birgə mitinqlərə yenidən başlamaq fikrindədir.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi Tatyana Baqranovskaya xəbər verib.

Onun sözlərinə görə, etirazçılar Ali Radanın binası qarşısındakı çadır şəhərciyini yığışdırmayacaqlar.

 

Gununsesi.info