14 yaşlı yeniyetmə dəm qazından zəhərlənib

  • By admin
  • 30 Dekabr 2017 22:22

Qaxda 9-cu sinif şagirdi dəm qazından zəhərlənib.

Gununsesi.info xəbər verir ki, bu gün axşam saat 19 radələrində rayonun Qaxbaş kənd sakini, 2003-cü il təvəllüdlü Nərmin Pərviz qızı Hüseynova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 9-cü sinif şagirdi olan Nərmin Hüseynovanın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənməsi məlum olub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Nərmin Hüseynovanın vəziyyətinin stabilləşməyə doğru getdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info