

Yerdən 150 metr yüksəklikdə küçədən asılı vəziyyətdə şəffaf hovuz görmüsünüzmü?
Bəlkə kimlərəsə inanılmaz və ya xəyal kimi görünə bilər. Ancaq müasir dövrümüzdə belə hallar əlçatmaz və xəyal deyil, bir reallıqdır.
Gununsesi.info “Daily Star”-a istinadən xəbər verir ki, belə bir hövuz Amerikanın Texas ştatının Hyuston şəhərində “Market Square Tower” 42 mərtəbəli binanın üstündə qurulub.
Şəffaf şüşədn tikilən hovuz 42 mərtəbəli binanın sonuncu mərtəbəsində küçəyə çıxıntılı formada tikilib.
Belə ki, hovuzun dibi şəffaf şüşədən ibarətdir.
Hovuza girərkən 152 metrlik yüksəklikdən aşağıda nə varsa, aydın görünür.
Şüşənin qalınlığı isə 20 sm-dir və binanın divarında 3 metr kənara çıxıb. Küçədən asılı vəziyyətdədir.
Mürtəza
Gununsesi.info
https://www.youtube.com/watch?v=4z_URvd3GuE