Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı apardığını və onu Pakistana rəsmi səfərə dəvət etdiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Şərif Pakistan parlamentindəki çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, Pezeşkian telefon danışığında çətin dövrdə İranı dəstəklədiyinə görə Pakistan hökumətinə və xalqına təşəkkürünü ifadə edib.
Şərif vurğulayıb ki, Pakistan və İran yalnız qonşu ölkələr deyil, həm də qardaş xalqlardır.
O, həmçinin Pakistanın ABŞ və İran arasında aparılan sülh səylərində oynadığı rolu yüksək qiymətləndirərək, İslamabad Memorandumunu ölkənin beynəlxalq nüfuzunu artıran tarixi diplomatik nailiyyət kimi dəyərləndirib.
Baş nazir qeyd edib ki, danışıqlar prosesində atəşkəsin baş tutmayacağı ilə bağlı narahatlıqlar yaransa da, Pakistan hər zaman həll yolunun tapılması istiqamətində fəaliyyət göstərib.
Xatırladaq ki, iyunun 18-də ABŞ Prezidenti Donald Tramp, İran Prezidenti Məsud Pezeşkian və Pakistanın Baş naziri Şahbaz Şərif arasında anlaşma memorandumu imzalanıb.












