Deputatların pensiyası aylıq əlavə vəzifəyə görə müəyyən ediləcək

  • Müəllif: Orxan
  • 25 Sentyabr 2026 11:58

Deputatlar üçün aylıq pensiya əlavəsinin məbləği konkret vəzifə üzrə müəyyən ediləcək.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya qanunvericiliyinə dəyişikliklərlə bağlı layihələri təqdim edərkən bildirib.

Komitə sədrinin sözlərinə görə, aylıq pensiya əlavəsi inzibati vəzifələrin təsnifatı, eləcə də siyasi vəzifəli şəxslər, deputatlar, Mərkəzi Seçki Komissiyasının üzvləri, ombudsman, Hesablama Palatasının üzvləri və diplomatik xidmət əməkdaşları üçün konkret vəzifələr üzrə müəyyən ediləcək.

Gununsesi.info