Xalçalarını yumağa verdi, bir aydır geri ala bilmir

  • Müəllif: Şəbnəm
  • 25 Sentyabr 2026 13:48

Vətəndaş “Xalça Plus” adlı xalçayuma şirkətindən şikayətçidir.

Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial media hesabında paylaşım edib.

Şikayətçinin sözlərinə görə, təxminən 500 manat dəyərində xalçaları yuyulması üçün “Xalça Plus” şirkətinə təhvil verilib. Lakin artıq bir aydan çoxdur ki, xalçaları geri qaytarılmayıb.

Vətəndaş bildirib ki, ilk 2-3 həftə ərzində şirkətə zəng etdikdə zənglərə cavab verilib və hər dəfə xalçaların “bu gün, sabah” gətiriləcəyi deyilib. Lakin son bir həftə ərzində şirkətin heç bir nömrəsinə zəng çatmır və əlaqə saxlamaq mümkün deyil.

Şikayətçinin sözlərinə görə, anası şirkəti “Instagram” vasitəsilə tapıb və ona etibar edərək xalçaları təhvil verib. Xalçaların yuyulması üçün xidmət haqqı da əvvəlcədən ödənilib.

Vətəndaş məsələ ilə bağlı xalçalarının geri qaytarılmasını və şirkətlə necə əlaqə saxlaya biləcəklərini öyrənmək istəyir:

“Xalçalarımızı necə geri ala bilərik? Şirkəti necə tapa bilərik?”

 

 

Günay

Gununsesi.info