Vətəndaş CityNet şirkətinin göstərdiyi internet xidmətindən narazıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial media hesabında paylaşım edib:
Şikayətçinin sözlərinə görə, internet xidmətindən 1 ay istifadə etdikdən sonra aylıq ödəniş vaxtı çatdığı üçün internetin sürəti aşağı salınıb. Bununla bağlı şirkətə dəfələrlə müraciət etsə də, problem həll olunmayıb:
“Hörmətli CityNet, çox möhtəşəm internetinizdən 1 ay istifadə etdim. Dünən axşam internetin aylıq ödəniş vaxtı olduğu üçün ödənişə görə internet sürətini aşağı saldınız!
Çox gözəl, nə bilirsiniz edin. Sizinlə artıq hüquqi müstəvidə məsələni həll edəcəyik. Artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, İKTA – E-Şikayət sisteminə şikayətlərimi bildirmişəm. İnanıram ki, tez bir zamanda geri dönüş olacaq və bu məsələ öz həllini tapacaq.
Əgər bu da olmazsa, bir Vətən müharibəsi iştirakçısı kimi, lazım gələrsə, məsələni ən yuxarı səviyyəyə qədər çatdırıb sizdən şikayətimi bildirəcəyəm. O zaman, inşallah, məsələyə baxılar.
Sizin əməkdaşınızın gəlib “internet işləyir” deməsi, sizə zəng etdikdə isə texniki şöbəyə yönləndirərək məsələnin həll olunacağını bildirməyiniz, amma hələ də problemin həll edilməməsi qəbuledilməzdir. Bununla bağlı nə lazımdırsa, edəcəyəm.
Şirkətinizə dəfələrlə zəng edərək bildirmişəm ki, ödənişli olsa belə, modemi dəyişdirin. Onu belə etmədiniz“.
Firuzə












