16 yaşlı qızı qaçıran şəxs tutuldu

  • By admin
  • 25 Sentyabr 2019 09:27

Goranboyda 16 yaşlı qızı qaçıran şəxs saxlanılıb.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinin  əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Pişən” ləqəbi ilə tanınan İlqar Mehdiyevin yeri Gəncə şəhərində müəyyən edilib. İlqar Mehdiyev tutularaq rayon polis şöbəsinə gətrilib.

16 yaşlı qızın isə vəziyyətinin normal olduğu bildirilir. Qızın yaxınların bildirliblər ki, övladları sabah onlara qaytarılacaq.

Daha əvvəl qızın qaçırılmasında istifadə olunan “Mercedes” markalı avtomobil və sürücü İlqar Bayramov saxlanılmışdı.

Gununsesi.org