“Cəmiyyətimizdə cahil radikal dindarların deyil, aydınların söz sahibi olmasını istəyirsinizsə…” - millət vəkili

  • By admin
  • 17 İyul 2016 00:34

qanira

“Oxumaq, oxumaq, yalnız oxumaq! Kitab, kitab, yalnız kitab! Gələcəkdə də normal cəmiyyətdə yaşamaq və balalarınızın yaşamasını istəyirsinizsə tək yol bu!”

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib. Onun sözlərinə görə, gələcəkdə də cəmiyyətimizdə cahil radikal dindarların deyil, ağıllı aydınların söz sahibi olmasını istəyirsinizsə, tək yol bu!
“Müsəlman dünyasının əksəriyyətinin yaşadığı dəhşətləri yaşamaq istəmirsinizsə tək yol bu!
Məncə gənclərimizin üçün ciddi seçim zamanı!
Sizdən xahiş edirik ki, bu Vətənimiz üçün axıdılan şəhid qanlarını unutmayın! Dövlətimizin müstəqilliyini hansı əzablarla yenidən bərpa etdiyimizi unutmayın! Bizim dünyada layiq olduğumuz yeri tutmamızı istəməyənləri sevindirməyin! Cəhalətlə savaşaraq, millətin maariflənməs üçün həyatını fəda edən aydın dədələrinizin ruhunu incitməyin! Doğru seçim sizin əlinizdə əziz gənclər! Dünyada baş verənləri izləyirsən. Gördüklərindən ibrət al və kitaba sarıl. Gecə-gündüz oxu, çalış. Millətin gələcəyi sənin əlində unutma!”-deyə, millət vəkili daha sonra qeyd edib.

Gununsesi.info