2 ərazidə hərəkət qismən - məhdudlaşdırılacaq

  • By admin
  • 23 May 2018 11:00

Rənglənmə ilə əlaqədar 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır. 

Gununsesi.info Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Yasamal rayonu, Bakı Dairəvi-1 avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə, sözügedən yollar boyu bu gün 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.