2 nəfər tüstüdən zəhərlənib

  • Müəllif: admin
  • 16 İyun 2017 10:34

zeherlenme

Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan 2 otaqlı mənzilin mətbəxində qaz sobasının üzərində nəzarətsiz qalmış xörək qazanı yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən yüngül zəhərlənmiş halda aşkar edilərək xilas edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info