2 yaşlı körpə 500 km-ə yaxın yol qət edib - FOTOLAR

  • Müəllif: admin
  • 27 Yanvar 2018 23:20

Bodhi Bennett 5 günlüyündən etibarən təbiəti gəzən şanslı körpədir.

Gununsesi.info xəbər verir ki, hazırda 2 yaşı olan Bodhi valideynləri ilə birlikdə Amerikanın füsunkar gözəlliyə malik dağlarında dolaşıb. Əvvəllər də dəfələrlə dağlara dırmanan 27 yaşlı ana Şannon və 29 yaşlı ata Bleyk övladları Bodhi dünyaya gəldikdən sonra körpə ilə birlikdə 480 km-dən artıq ərazini piyada gəziblər. Bodhinin anası açıqlayıb ki, o və əri uşaq olandan sonra həyatlarının dəyişməsinə imkan verməyiblər. Beləliklə, “gənc ikən etdiklərinizi uşağınız olduqdan sonra edə bilməyəcəksiniz” düşüncəsini alt-üst ediblər.

Gununsesi.info doğulan gündən təbiəti gəzən körpə səyyahın görüntülərini təqdim edir.

 

 

Gununsesi.info