“20 Yanvar” əlillərinə birdəfəlik maddi yardım veriləcək - MƏBLƏĞ MÜƏYYƏNLƏŞDİ

  • By admin
  • 16 Yanvar 2018 16:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 28-cü ildönümü ilə əlaqədar 302 nəfər 20 Yanvar əlilinin və 109 şəhid ailəsinin hər birinə birdəfəlik maddi yardım ayrılacaq.
Gununsesi.info xəbər verir ki, bunu unikal.org-a “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə bildirib.
O deyib ki, yuxarıda sadaladığımız şəxslərin hər birinə 60 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Gununsesi.info