2016-cı ildə tənəzzül 44%-dən çox böyüyüb - NEMƏT ƏLİYEV

  • By admin
  • 02 Fevral 2017 13:27

iqtisadçı-ekspert Nemət Əliyev

«Rəqəmlər tənəzzülün böyüməkdə olduğunu, böhranın daha da dərinləşdiyini göstərir».

Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Nemət Əliyev bildirib.

İqtisadçının araşdırmasına görə, 2014-cü ildə 38,4 milyard dollar dövriyəsi olan istehlak bazarı 2015-ci ildə 33,3 milyarda, 2016-cı ildə 24,5 milyard düşüb: “ İkicə ildə Azərbaycanın istehlak bazarı 14 milyard dollar həcmində kiçilıb. 5 milyardlıq azalma 2015-ci ildə, 9 milyardlıq azalma isə 2016-cı ildə baş verib. Yəni, 2016-cı ildə tənəzzül 44%-dən çox böyüyüb”.

Adambaşına orta aylıq istehlak səviyyəsi iki il əvvəl 340 dollar olmuşdursa, bu göstərici 2015-ci ildə 291 dollara, 2016-cı ildə 212 dollara düşüb.

Vüsalə Rüstəmova

Gununsesi.info