2017-ci il 1 saniyə uzun olacaq

  • By admin
  • 23 Dekabr 2016 15:19

saatttt
Beynəlxalq Yer Dövretmə Xidməti (International Earth Rotation and Reference Systems Service – IERS) 2017-ci il yanvarın 1-dən saatlara 1 saniyə əlavə ediləcək.

Gununsesi.info-nun Türkiyənin “Akşam”qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb Yer kürəsinin fırlanma sürətinin azalması göstərilir.

Aradakı fərqi götürmək üçün saatlara 1 saniyə əlavə ediləcək. Bu, 2017-ci il yanvarın 1-dən baş verəcək.
Saatlara əlavə saniyə ilk dəfə 1972-ci ildə, axırıncı dəfə isə 2015-ci ildə əlavə edilib. Bu ilki əlavə, tarixdə 27-ci olacaq.

Anar
Gununsesi.info