24 yaşlı gənc 45 yaşlı çayxana sahibini bıçaqlayıb qətlə yetirdi

  • By admin
  • 13 Avqust 2016 11:34

bicaq

Yevlax rayonunda qətlə yetirilən şəxsin və qətli törədənin kimliyi məlum olub.

Gununsesi.info-nun APA-nın Qarabağ bürosuna istinadən xəbərinə görə, Yevlax şəhər sakini 1992-ci il təvəllüdlü Məmmədov Sadiq Cəlil oğlu çalışdığı çayxanada baş verən münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla çayxananın sahibi, 45 yaşlı Musayev Valeh Sabir oğlunu bıçaqlayaraq öldürüb.

Yevlax rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, hadisə yerində saxlanılan S. Məmmədov ilkin dindirmə zamanı əməlini etiraf edib.

Yevlax rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info