Mədəniyyət TV-nin rəhbəri Dilarə Səlim mediada Mədəniyyəy TV-dən ayrılmasına dair yayılan məlumata münasibətini bildirib.
Gununsesi.info həmin açıqlamanı təqdim edir:
“Mənim “Mədəniyyət” kanalından ayrılmağım yalandır. Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri etikdir. Bir daha xahiş edirik, informasiyanı məmbədən dəqiqləşdirmədən vermək qeyri peşəkarlıq və məsuliyyətsizlikdir”.












