2530 metr uzunluğunda yeni tunel istifadəyə veriləcək - TÜRKİYƏDƏ

  • By admin
  • 06 Avqust 2017 23:01

tunell

Türkiyənin İzmir və Manisa bölgələri arasındakı avtomobil yolu üçün nəzərdə tutulan Sabuncubeli tunelinin tikintisinin 97 faizi başa çatıb.

Gununsesi.info xəbər verir ki, rəsmi məlumata görə, ikitərəfli hərəkət üçün tikilən 2530 metrlik tunelin qalan 264 metrinin başa çatması üçün işlər sürətləndirilib. Bu tunel istifadəyə veriləndən sonra İzmir ilə Manisa arasındakı məsafə avtomobillə 15 dəqiqəyə qət olunacaq. Yeni tunelin cari ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.

Gununsesi.info