Aralıq dənizində 137 miqrant xilas olundu

  • By admin
  • 06 Avqust 2017 22:52

gemi-miqrant

Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 137  miqrant xilas olunub.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Liviyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Məlumata əsasən, rezin qayıqlarda üzən miqrantlar Liviyanın Tripoli şəhərindən 40 km aralıda xilas olunublar. Onların arasında 5 qadın və 3 uşağın olduğu bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 111 min miqrant keçib, 2360 nəfər Aralıq dənizini qeyri-leqal yolla keçməyə cəhd edərkən həyatını itirib.

Gununsesi.info