İspaniyada Partiya Liderlərinin Toplantısı baş tutdu

  • Müəllif: admin
  • 26 Fevral 2018 10:05

     

19-22 fevral 2018-ci il tarixlərində İspaniyanın Salamanka və Madrid şəhərlərində AMİP-in tam hüquqlu üzv olduğu  Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti  Qurultayı – Partiya Liderlərinin Toplantısı keçirilib. Qurultayda AMİP-i partiyanın Beynəlxalq Əlaqələr Katibi Elşən Mustafayev və Gənclər Təşkilatının sədri Ayxan Etibaroğlu təmsil etdi.

 

Gununsesi.info xəbər verir ki, Dünyanın 100-dən çox sağ-mərkəz yönlü partiyasını öz ətrafında birləşdirən BDİ-nin 3 ildən bir keçirilən Qurultayının gündəliyinə  bir çox mühüm məsələlər daxil edilmişdir. Gununsesi.info xəbər verir ki, dünyada baş verən qlobal konfliktlər, dövlətlərin təhlükəsizlik məsələləri, separatçı hərəkatlara qarşı mübarizə və bir çox digər  məsələlər 3 günlük toplantının əsas müzakirə mövzuları idi.  

Qurultayın sonuncu günü BDİ rəhbərliyinə seçkilər keçirildi və Kanadanın sabiq Baş Naziri Stefen Harper növbəti 3 illik müddətə BDİ-nin Sədri seçildi. Eyni vaxtda Sədrin müavinlərinin seçkiləri də keçirilmiş və AMİP lideri Etibar Məmmədov növbəti dəfə BDİ-nin Sədr müavini seçilmişdir. Həmçinin Norveçin Baş naziri Erna Solberq, Şri Lankanın Baş Naziri Ranil Vikremesinge, Avropa Xalq Partiyasının ( EPP) Prezidenti Josef  Doul, Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının (ACRE) Sədri Jan Zahardil də yeni seçilmiş Sədr müavinləri sırasındadır. Qurultaya ev sahibliyi edən İspaniyanın hazırda hakimiyyətdə olan Xalq Partiyasının parlament üzvüləri ilə  parlamentdə qarşılıqlı fikir mübadilələri oldu və tədbirin sonunda İspaniyanın Baş Naziri Mariano Roxoy Monkloa sarayanda Qurultay nümayəndələri ilə geniş görüş keçirmişdir

Gununsesi.info