3 saylı İstintaq Təcridxanasına YENİ RƏİS TƏYİN OLUNUB

  • Müəllif: admin
  • 30 Noyabr 2017 11:36

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

Gununsesi.info xəbər verir ki, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.

17 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə isə hələlik təyinat olmayıb.

Qeyd edək ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov noyabrın 27-də vəzifəsindən azad olunaraq, 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.

Gununsesi.info