
Sabirabad rayonunda baxımsız qalan uşağı elektrik cərəyanı vuraraq öldürüb.
Gununsesi.info məlumat verir ki, bədbəxt hadisə Sabirabad rayonunun Əsədli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2014-cü il təvəllüdlü İmanov Fərid Daşqın oğlu valideynlərinin gözündən yayınaraq elektrik cərəyanına toxunub. Nəticədə uşaq hadisə yerində elektrik cərəyanı vurmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Eyni zamanda, Şəkidə 49 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Hadisə dünən axşam saat 19 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 1968-ci il təvəllüdlü Qabil Camal oğlu Səlimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri və travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 49 yaşlı Qabil Səlimovun üzərinə ağac materialından olan işıq dirəyi düşüb. Qabil Səlimovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Gununsesi.info












