“30 illik işğala 44 gündə son qoyuldu” -Kəmaləddin Heydərov

  • By admin
  • 16 Dekabr 2021 11:29

“Vətən müharibəsində qələbəmiz çox parlaq bir qələbədir”.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Nazir deyib ki, 30 illik işğala 44 gündə son qoyulub: “Düşmənin vəhşiliklərinin üstü indi açılıb. O ərazilər insanları məhv etmək üçün minalanıb, hər yeri dağıdıblar. Əgər bu torpaqlar sizindirsə, niyə dağıntılar törədirdiniz? Bu, onların xislətini göstərir”.

Nazir vurğulayıb ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqlik səviyyəsi aşağıdır.

K.Heydərov işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin getdiyini açıqlayıb: “Görülən işlər təkcə mina təmizləməsini əhatə etmir. Orda su, qaz, elektrik təminatı olmalıdır. Bunlar vacib məsələlərdir. Prezidentin tapşırığı ilə FHN-də xüsusi bir alay yaradılıb. Minaaxtaranlarımız ANAMA və Müdafiə Nazirliyi ilə bilikdə əməkdaşlıq edirlər. Minalar təmizlənəndən sonra azad edilmiş ərazilərdə kəndlərin, şəhərlərin, sənayenin inkişafı üçün, bundan sonra orda insanların rahat yaşaması üçün şərait yaradılacaq. Ora min il əvvəl Azərbaycan torpağı idi, min il sonra da elə olacaq”.

Gununsesi.info