Sumqayıtdakı qəza 3 can aldı

  • Müəllif: admin
  • 03 Noyabr 2019 13:49

Sumqayıtda iki minik avtomobili toqquşub.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” ərazisində qeydə alınıb.

“Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org