35 yaşınadək elmlər doktoru olanlara 5000 manat mükafat veriləcək - AMEA

  • By admin
  • 22 Noyabr 2017 11:50

“Akademiyanın Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi “elmlər doktoru” elmi dərəcəsi alan şəxslərə 5000 manat pul mükafat veriləcək”.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse – prezidenti, akademik Dilqəm Tağıyev “Müasir elm – gənclərin baxışı ilə” adlı elmi – praktik konfransda deyib.

Akademik bildirib ki, Azərbaycanda 140-a qədər elmi müəssisə fəaliyyət göstərir. Onlardan 40-ı Akademiyanın payına düşür.

D.Tağıyev qeyd edib ki, dünyada 7,8 milyon insan elmi-tədqiqatla məşğul olur. Onların sayı son 10 ildə 20% artıb.

Gununsesi.info