
“Atletik” (Bilbao) futbolçusu Arits Adurislə yeni müqavilə imzalayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 35 yaşlı hücumçu ilə müqavilənin müddəti 2018-ci il iyunun 30-a kimi uzadılıb.
Klub A.Adurisə 40 milyon avro qiymət qoyub.
Qeyd edək ki, 2012-ci ildən “Atletik”də çıxış edən A.Aduris 201 oyunda 108 qol vurub.
Gununsesi.info