Bakının “Neftçi” klubu növbəti transferini həyata keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, 20 nömrəli formanı geyinəcək.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub.



